12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri birgə müzakirə aparıblar - Foto
Tarix: 21-12-2022 18:00 | Bölmə: Siyasət
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri birgə müzakirə aparıblar

Dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Reyting.az
xəbər verir ki, görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Sonda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}