Şuşa ilə bağlı Strateji İnkişaf Planı təsdiqlənib
Tarix: 22-12-2022 12:23 | Bölmə: Siyasət
Şuşa ilə bağlı Strateji İnkişaf Planı təsdiqlənib

Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Strateji İnkişaf Planı qəbul edilib, idarəyə yeni daxili auditor təyin olunub.

Reyting.az
xəbər verir ki, bu barədə İdarənin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Sayca ikinci iclas Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə baş tutub.

S. Məmmədova deyib ki, iclasda Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktorunun müavini, icraçı direktor vəzifələrini müvəqqəti icra edən Tural Novruzov tərəfindən əsas hədəfləri özündə əks edən və icrası 2026-cı ilə qədər nəzərdə tutulan Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Strateji İnkişaf Planı Müşahidə Şurası üzvlərinə təqdim edilib və ümumi rəy nəticəsində qəbul olunub.

Eyni zamanda, Müşahidə Şurasının iclasında bir sıra təşkilati məsələlər də müzakirə olunub və Şuşa Dövlət Qoruğu İdarəsinə yeni daxili auditor təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}