Hikmət Hacıyev Ceyk Sallivanla Qarabağdakı vəziyyəti müzakirə edib
Tarix: 22-12-2022 22:29 | Bölmə: Siyasət
Hikmət Hacıyev Ceyk Sallivanla Qarabağdakı vəziyyəti müzakirə edib

Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter“ hesabında yazıb.

H. Hacıyev qeyd edib ki, C. Sallivanla Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçiriblər.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu C. Sallivanın diqqətinə çatdırıb.

H. Hacıyev C. Sallivanla telefon danışığı zamanı Laçın-Xankəndi yolundakı etiraz aksiyasında Azərbaycan vətəndaşlarının haqlı narazılıqlarına da diqqət çəkib.

“Faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolundakı etiraz aksiyasında Azərbaycan vətəndaşlarının haqlı narazılıqlarını diqqətə çatdırdım. Ermənistanın blokada ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, - deyə H. Hacıyev bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}