12:52 / 08-05-2024
Sabah yağış yağacaq
Deputat: "Fransa XİN başçılarının görüşünün baş tutmasında maraqlı deyil"
Tarix: 23-12-2022 11:51 | Bölmə: Siyasət
Deputat: "Fransa XİN başçılarının görüşünün baş tutmasında maraqlı deyil"

"Son günlər Qarabağ erməniləri həqiqətləri anlamağa başlayıblar".

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin dekabrın 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilməli idi: "Lakin Ermənistanın XİN başçısı sülh danışıqlarını pozaraq görüşdən imtina etdi. Görünür, Ermənistan BMT TŞ-nin Laçın yolu ilə bağlı keçirdiyi müzakirələrdə nəticə əldə etməməsindən narahatdır. Fransa da bu görüşün baş tutmasında maraqlı deyil. Əgər diplomatiya işləsə, dedikləri bütün yalanlar tez ifşa olunar”

Deputat bildiirb ki, Xankəndi-Laçın yolunda keçirilən aksiya artıq öz müsbət nəticəsini verməkdədir: “Hətta son günlər Qarabağ erməniləri də həqiqətləri anlamağa başlayıblar. Eyni zamanda Vardanyanın yalançı vədlərinə etirazlar da çoxalır"




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}