Rəsmi Ankara: "Biz də Bakı kimi İranın bəzi bəyanatlarından narahatıq”
Tarix: 04-01-2023 00:27 | Bölmə: Siyasət
Rəsmi Ankara: "Biz də Bakı kimi İranın bəzi bəyanatlarından narahatıq”

"Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər".

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.

Ərdoğanın sözçüsü əlavə edib ki, İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər: "Belə bir səfərə hazırlıq görülürdü, onu təxirə salan bəzi səbəblər ortaya çıxdı. İndi protokollar üzərində danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək, hələlik konkret təqvim yoxdur".

Onun sözlərinə görə, Ankara İranda baş verən hadisələrdən narahatdır və bununla bağlı rəsmi Tehranın qətiyyətini görür.(Report)




Bölməyə aid digər xəbərlər