Filip Rikerin səlahiyyət müddəti başa çatıb
Tarix: 05-01-2023 09:32 | Bölmə: Siyasət
Filip Rikerin səlahiyyət müddəti başa çatıb

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Rikerin səlahiyyət müddəti başa çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında deyib.

Ned Prays bildirib ki, səfir Filip Rikerin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsindən yanvarın 5-dən etibarən istefaya getdiyini elan edirik.

Praysın sözlərinə görə, otuz ildən artıqdır ki, səfir Riker həmçinin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, ölkəmizin Londondakı səfirliyinin müvəqqəti işlər vəkili kimi ABŞ departamentinə və xalqına sadiqliklə xidmət edir.




Bölməyə aid digər xəbərlər