Ermənilər ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsini aldadıb
Tarix: 06-01-2023 23:45 | Bölmə: Siyasət
Ermənilər ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsini aldadıb

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenterin Laçın yolu ilə bağlı yalanlara inanması rəsmi Bakını təəssüfləndirib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Tvitter” hesabında yazıb.

A. Hacızadə təəssüflə qeyd edib ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb. “Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?", - A. Hacızadə əlavə edib.

Qeyd edək ki, yanvarın 6-da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 26 avtomobil maneəsiz hərəkət edib ki, bu da həmin ərazinin bağlı olmadığını göstərir. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.




Bölməyə aid digər xəbərlər