Ermənistanda Rusiya əleyhinə aksiya keçirilib, saxlanılanlar var - Fotolar
Tarix: 08-01-2023 15:21 | Bölmə: Siyasət
Ermənistanda Rusiya əleyhinə aksiya keçirilib, saxlanılanlar var

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının qarşısında etiraz aksiyası keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Məlumata görə, polis aksiyaçıların hərbi bazaya yaxınlaşmasının qarşısını alıb.

Aksiyada polislə etirazçılar arasında qarşıdurma baş verib.

İlkin məlumata görə, aksiyada 65 nəfər saxlanılıb.

Aksiya iştirakçıları Rusiya və KTMT əleyinə şüarlar səsləndiriblər.

Aksiyanın təşkilatçısı "Bever" radikal siyasi blokdur. Onlar paytaxt İrəvandan Gümrüyə gələrək Laçın dəhlizindəki vəziyyətlə bağlı etirazlarını bildiriblər.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}