Şuşadakı etiraz aksiyası davam edir - Fotolar (Yenilənib)
Tarix: 10-01-2023 14:53 | Bölmə: Siyasət
Şuşadakı etiraz aksiyası davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Reyting.az
APA-ya istinadla bildirir ki, bu gün aksiya Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

Havanın qarlı, şaxtalı olmaına baxmayaraq iştirakçılar 30 gündür etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

***

Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2-si minik və 6-ı "KamAZ" markalı maşın olmaqla daha 8 avtomobil Xankəndindən Laçın istiqamətinə keçid edib.

Reyting.az
 xəbər verir ki, maşınlaırn sərbəst və maneəsiz hərəkət etməsi təmin olunub.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 13-ə çatıb.

***

Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.

Reyting.az
xəbər verir ki, quruma məxsus iki maşın Laçından Xankəndi istiqamətinə keçid edib. 

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə hərəkət edən Rusiya sülhməramlılarına və BQXK-yə məxsus avtomobillərin sayı 16-ya çatıb.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}