Nazir və komitə sədri vəzifədən azad edilib
Tarix: 11-01-2023 10:44 | Bölmə: Siyasət
Nazir və komitə sədri vəzifədən azad edilib

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev vəzifəsindən azad edilib.

Reyting.az
-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad olunub.

Qeyd edək ki, 2022-ci il noyabrın 26-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Yaqub oğlu Rüstəmovun da vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalanıb. Onun barəsində də artıq məhkəmə hökmünün olduğu bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}