Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib
Tarix: 11-01-2023 19:31 | Bölmə: Siyasət
Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

Bu gün həkim Adil Qeybulla Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, həkimin məsləhəti ilə T. Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Tofiq Yaqublunun qızı Nigar Həzi isə bildirib ki, atası, Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Müsavat Partiyasının üzvü T. Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}