12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Ruslar Dnepri atəşə tutub, həlak olanların sayı artır, yaralılardan 12-si uşaqdır - (Yenilənib+) - Fotolar
Tarix: 14-01-2023 23:33 | Bölmə: Siyasət
Ruslar Dnepri atəşə tutub, həlak olanların sayı artır, yaralılardan 12-si uşaqdır - (Yenilənib+)

Rusiya ordusu Dnepr şəhərini yenidən atəşə tutub. Nəticədə 5 nəfər həlak olub, onlarla insan yaralanıb.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenkonun sözlərinə görə, zərərçəkənlərin hamısı xəstəxanadadır.

Administrasiya rəhbəri bildirib ki, 27 nəfər yaralanıb. Onlardan 6-sı uşaqdır.

Ukraynanın Fövqəladə Hallar Xidmətinin rəhbəri Sergey Kruk bildirib ki, axtarış-xilasetmə əməliyyatı zamanı evin dağıntıları altından 15 nəfər xilas edilib.

Məlumata görə, Fövqəladə Hallar Xidmətinin 80-dən çox canlı qüvvəsi və 20-dən çox texnikası hadisə yerinə cəlb olunub.

***

Yanvarın 14-də Rusiya ordusunun Dneprə hücumu nəticəsində həlak olanların sayı artır.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri V. Rezniçenko deyib ki, Rusiya raketinin çoxmərtəbəli binanı vurması nəticəsində 60-a yaxın insan yaralanıb. Onlardan 12-si uşaqdır.

Xilasetmə əməliyyatlarının davam ediyi və ölü sayının artma ehtimalı olduğu bildirilir.

***

Son məlumata görə, Dneprdə ölənlərin sayı artıb.

Reyting.az
xəbər verir ki, Rusiyanın raket zərbəsi nəticəsində 10 nəfər ölüb, 70-ə yaxın yaralı var.

***

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko deyib ki, raket zərbələri nəticəsində 18 nəfər ölüb, 73 sakin yaralanıb.

Administrasiya rəhbəri əlavə edib ki, 40-dan çox şəxs xəstəxanadadır, dörd nəfər isə ağır vəziyyətdə reanimasiyadadır.

Hazırda 40-dan çox insanın taleyi naməlum olaraq qalır.

Xilasetmə əməliyyatı davam edir.

Onu da qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.





Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}