12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Laçın-Xankəndi yolundan gün ərzində RSK-nın 32 maşını keçib - Yenilənib
Tarix: 16-01-2023 20:01 | Bölmə: Siyasət
Laçın-Xankəndi yolundan gün ərzində RSK-nın 32 maşını keçib

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, RSK-yə məxsus iki minik avtomobili Laçından Xankəndi şəhərinə maneəsiz keçib.

Səhər saatlarından indiyədək RSK-yə məxsus 22 avtomobil aksiya keçirilən ərazidən keçidinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıblar.

Qeyd edək ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq 36-cı gündür davam edir.

***

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir. RSK-ya məxsus daha bir yük maşını maneəsiz keçib edib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bundan bir qədər əvvəl RSK-ya məxsus avtonəqliyyatın hərəkətinə şərait yaradılıb.

Beləliklə, səhər saatlarından indiyədək RSK-ya məxsus 32 avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}