Hikmət Hacıyev İsrail XİN-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüb - Foto
Tarix: 17-01-2023 13:46 | Bölmə: Siyasət
Hikmət Hacıyev İsrail XİN-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) yüksək səviyyəli rəsmiləri ilə görüşüb.

Reyting.az
xəbər verir ki, Hikmət Hacıyev bu barədə "Twitter" hesabında bildirib.

H. Hacıyev İsrail XİN-nin siyasi direktoru Aliza Bin Noun və XİN-nin Baş direktorunun müavini, strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarka ilə görüşüb.

“Nobel Qardaşlarının Ev-Muzeyində Aliza Bin Noun və Coşua Zarkanı salamlamağa və ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq, qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirə aparmağa şadam. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızı daha da gücləndirəcək”, - H. Hacıyev qeyd edib.

Görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfir Muxtar Məmmədov da iştirak edib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}