Naxçıvanda daha bir nazir vəzifədən azad edilib, yeni təyinat olub
Tarix: 17-01-2023 15:35 | Bölmə: Siyasət
Naxçıvanda daha bir nazir vəzifədən azad edilib, yeni təyinat olub

Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub.

Reyting.az
"Nuhçıxan"a istinadla xəbər verir ki, müvafiq sərəncamla general-leytenant Şamı Abdullayev Naxçıvanın fövqəladə hallar naziri vəzifəsindən azad edilib.

Polkovnik Şahin Mirzəyev muxtar respublikanın fövqəladə hallar naziri təyin olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yeni naziri kollektivə təqdim edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}