12:57 / 13-05-2024
Sabah yağış yağacaq
Erməni politoloq: “Laçın yolu asanlıqla açılmayacaq”
Tarix: 17-01-2023 18:06 | Bölmə: Siyasət
Erməni politoloq: “Laçın yolu asanlıqla açılmayacaq”

Laçın dəhlizi asanlıqla açılmayacaq və Ermənistan uzunmüddətli qarşıdurmaya azır olmalıdır.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Vətən Partiyasının nümayəndəsi, politoloq Sos Akopyan deyib.

Müxalif partiyanın nümayəndəsi bildirib ki, güzəşt geridönməz nəticələrə gətirib çıxaraaq.

O, Rusiya sülhməramlılarından narazılığın olduğunu deyib: “Lakin biz başa düşürük ki, Qarabağda yaşamaq hüququ az-çox təmin olunub. Ermənistanın hakimiyyət dəyişikliyi üçün vaxtı var”.

Sos Akopyan Nikol Paşinyan hökumətini yıxmağı müxalifətin birinci vəzifəsi adlandırıb.

Onun iddiasına görə, Ermənistan hakimiyyəti Azərbaycanın yeni addımlarının qarşısını almaq üçün heç nə etmir: “Ermənistan yeni müttəfiqlər tapıb? Ermənistanın baş naziri Nikol Paşinyan və komandası fəal şəkildə Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır”.

Akopyan Ermənistan hökumətinin Rusiyanın təsir dairəsindən çıxmaq üçün atdığı addımlara qarşı da fikirlər səsləndirib. Deyib ki, əgər rəsmi İrəvan Ankaraya yaxınlaşmaq istəsə, bu, bölgədə Türkiyənin rolunu artıracaq.

Elxan KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}