Bayramov Lavrovla Laçın yolundakı vəziyyəti müzakirə edib
Tarix: 17-01-2023 20:32 | Bölmə: Siyasət
Bayramov Lavrovla Laçın yolundakı vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri telefonla danışıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilir ki, yanvarın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı zamanı ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini müzakirə olunub.

Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda müəyyən edilmiş parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam şəkildə açılmasının vacibliyini vurğulayıb.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas trekləri üzrə hərtərəfli işin bərpası üçün bütün əlaqəli məsələlər üzrə qarşılıqlı məqbul həllərin əldə edilməsinin vacibliyi də vurğulanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}