12:57 / 13-05-2024
Sabah yağış yağacaq
DSX: Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər saxlanılıb
Tarix: 18-01-2023 10:20 | Bölmə: Siyasət
DSX: Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər saxlanılıb

2022-ci il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilərək saxlanılıb.

Reyting.az
xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.

Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 6 nəfər şəxs saxlanılıb, 11 nəfəri müəyyən edilib.



DSX rəisi bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20, qaçaqmalçılıqla məşğul olan 7 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, ölkədə dini radikalizmi təbliğ edən 32 Azərbaycan vətəndaşı müəyyənləşdirilib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}