ADR-çilər arasında qarşıdurma yaranıb?
Tarix: 18-01-2023 16:34 | Bölmə: Siyasət
ADR-çilər arasında qarşıdurma yaranıb?

“Müsavatçı, sonradan Demokratiya və Rifah Hərəkatının həmtəsisçisi və ilk İdarə Heyətinin üzvü olmuş Efik Muradlı vəfat edib. Aşırı, qeyri-adekvat və hallusinasion ambisiyalardan uzaq, səmimi bir insan idi Efik Muradlı. Müsavat Partiyasındakı kübar mühitdən sonrakı tendensioz siyasi platformada çox duruş gətirə bilmədi. Təəssüflər olsun”.

Reyting.az
xəbər verir ki, bunu sosial şəbəkədə ADR Partiyasının funksioneri, professor Adil Qeybulla yazıb.

A. Qeybulla əlavə edib ki, məlum hərəkat-partiya arxipelaqında replikasiya və klonlaşma xətti tutanlar bir incə məqamda yanılırlar: “Düşünsünlər, özlərini yenidən dəyərləndirsinlər. Göyə dikəlmiş barmaqlara digər anatomik pozision da təklif etmək imkanımız var.

Müxalifətin siyasi progeniyasında hormon problemi yaşayanlara məsləhətim: başqalarının mövqelərinə həmlə etməyə cəhd göstərənlər sonda mövqesiz qalırlar. Nə qədər gec deyil düşünün”.

Qeyd edək ki, sözügedən fikirlər həm də Adil Qeybulla, Ellada Məmmədli, İbrahim İbrahimli, Əlövsət Talışxanlı, Etibar Bayramlı, Mehman Cavadoğlunun adından yazılıb.

Nədənsə daha çox nekroloq xarakterli statusda ADR Partiyasının keçmiş idarə heyəti üzvlərinin hamısının adına rast gəlinmir. Konkret olaraq Qubad İbadoğlunun, Ədalət Yusifovun və digər şəxslərin.

Əldə etdiyimiz məlumata görə, artıq müxalifətin bu seqmentində ciddi fikir ayrılığı, anlaşılmazlıq yaşanır. Ehtimal olunur ki, yaxın gələcəkdə qurum daxilində baş verənlər media səhifələrinə daşınacaq.

Onu da qeyd edək ki, ADR Partiyası bir neçə gün əvvəl buraxılıb, onun hərəkata çevrilməsi istiqamətində daxili müzakirələr aparılır.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}