14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
09:38 / 02-02-2026
“Sərhədsiz həkimlər”in Qəzzada işləməsi qadağan edilib
09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
09:14 / 02-02-2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
09:09 / 02-02-2026
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
09:03 / 02-02-2026
Tramp: Kanada 51-ci, Qrenlandiya 52-ci ştatımız olacaq
01:09 / 02-02-2026
Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
“Ermənistanın işğal siyasətinin iflası yaxınlaşır…” - Mehdi Abdullayev
Tarix: 07-08-2018 22:06 | Bölmə: Siyasət

"Prezident İlham Əliyev Azərbaycanı qlobal iqtisadi, siyasi, logistik mərkəzə çevirib".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev deyib.
Onun sözlərinə görə, geosiyasi mühitə yeni dinamika verən regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm potensiala malik olan müstəqil Azərbaycan siyasi-iqtisadi əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
O, bildirib ki, son 15 ildə gənc müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezidentin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə rasional fəaliyyət sayəsində reallaşıb:
"Müstəqilliyinin bərpasından sonra beynəlxalq təşkilatlarla fəal əməkdaşlığa böyük önəm verən Azərbaycan artıq 27 ilə yaxındır ki, geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu addımlar atır. Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yerinin müəyyənləşməsində təbii ki, BMT, ATƏT, NATO, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və s. təşkilatlarla əməkdaşlığının da rolu böyükdür. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət konsepsiyasını uğurla davam etdirən cənab İlham Əliyevin milli maraqlarımızın qorunması istiqamətində gördüyü çoxşaxəli işlər, apardığı müstəqil xarici siyasət, həyata keçirdiyi uğurlu xarici diplomatiya Azərbaycanı, sözün həqiqi mənasında, müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda beynəlxalq birliyin ən etibarlı və layiqli tərəfdaşına çevirib”.
M. Abdullayev xatırladıb ki, hələ ötən ilin sonlarında prezident İlham Əliyevin iki mötəbər təşkilatın – NATO və Avropa İttifaqının mərkəzi qərargahlarında keçirilən Şimali Atlantika Şurasının iclası və Şərq Tərəfdaşlığı Sammitində iştirakı ölkəmizin beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrildiyini bir daha təsdiqlədi:
"Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı, Azərbaycan da daxil olmaqla, Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Budəfəki sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə etdilər. Onlar həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa sammitindən sonrakı nailiyyətləri qiymətləndirdilər. Artıq Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Avropa İttifaqı 2020-ci ilədək əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlərin isə məhz Brüssel sammitində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdu.
Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannamə isə beynəlxalq təşkilatların Cənubi Qafqazın lider ölkəsinə verdiyi qiymətin bariz təcəssümü idi. Çünki bu bəyannamə ilə Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib. İşğalçı Ermənistanın nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstək alıb. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.
Əlbəttə, Birgə Bəyannaməni Prezident İlham Əliyevin rasional xarici siyasət və hücum diplomatiyası strategiyasının sayəsində işğalçı Ermənistana vurulan növbəti ağır zərbə adlandırmaq olar. Brüssel sammitində qəbul edilən Birgə Bəyannamə mahiyyətinə görə beynəlxalq hüquqa əsaslanan və strateji əhəmiyyət daşıyan sənəd kimi qiymətləndirilməlidir. Onu da xatırladaq ki, sammitdən bir gün öncə Prezident İlham Əliyevlə NATO-nun baş katibi Yens Stoltenberqin mətbuata bəyanatlarla çıxışları zamanı da bu mötəbər təşkilatın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb. Bütün bunlar isə Ermənistanın apardığı siyasətin iflasa uğradığının təsdiqidir. Bu iflasın Avropa məkanında baş verməsi daha təsirlidir. Çünki Avropa Ermənistanın yalançı xristianlığına, miflər üzərində qurulmuş tarixinə və saxta siyasətinə münasibət göstərdi.
Bu proses, yəni, Ermənistanın ifşası, onun diplomatik cəbhədə də küncə sıxışdırılması ölkə prezidentinin tarixi 10-13 iyul tarixli Brüssel səfərində də bir daha açıq şəkildə özünü nümayiış etdirdi. NATO-nun Zirvə toplantısının sonunda qəbul olunmuş Birgə Bəyannamədə bir daha Azərbaycanın ərazı bütövlüyü vurğulandı, münaqişənin sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında həlli önə çəkildi. Bu, Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın isə növbəti məğlubiyyəti oldu”.
M. Abdullayevin bildirdiyinə görə, bu gün Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir:
"Prezident İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi qonşu regionlardakı ölkələrin də inkişafına şərait yaradır. Bu isə ilk növbədə, Azərbaycanın gücünü, qüdrətini göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan təkcə regional səviyyədə deyil, regionlararası inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.
27 illik müstəqillik Azərbaycanın çoxəsrlik həyatında tarixi nöqteyi-nəzərdən az bir zaman kimi görünsə də, ölkəmiz bu müddət ərzində böyük və misilsiz inkişaf yolu keçərək demokratik, hüquqi, dünyəvi dövlət qurmağa, onun təsisatlarını yaratmağa nail olub. Əldə edilən uğurlar müstəqilliyin möhkəmləndirilməsinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına və Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini təmin etməsinə imkan verib. Siyasi, iqtisadi müstəqillik və sosial sabitlik uğurlu inkişafın möhkəm təməlini formalaşdırıb. Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Həqiqətən də iqtisadi inkişaf təməldir. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Çünki güclü iqtisadiyyatı olan ölkə ilk növbədə müstəqilliyi tam təmin etmiş olur. Ən əsası, digər ölkələrin, xarici dairələrin təsirlərinə dirəniş göstərə bilir, ölkədə siyasi təkmilləşmə prosesi uğurla aparılır və əhalinin sosial rifah halı getdikcə yüksəlir. Əbəs yerə deyil ki, məşhur Maslou piramidasında iqtisadi tələbatlar piramidanın ilk qatında yer alır. Dünya şöhrətli psixoloq Abraham Maslounun fikrinə görə, iqtisadi və fizioloji tələbatlar ödənilmədən insan digər tələbatları ön plana çıxara bilməz.
Dövlət başçısının həyata keçirdiyi siyasi-hüquqi islahatlar sosial-iqtisadi islahatlarla paralel şəkildə gerçəkləşdirilir. Elə bütün bunların nəticəsidir ki, cənab İlham Əliyevin yeni inkişaf strategiyası Azərbaycanı Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən birinə çevirib. Ümumiyyətlə, iqtisadi inkişafa əsaslanmayan demokratiya dayanıqlı ola bilməz. Məşhur ABŞ alimi, modernləşmə nəzəriyyəsinin banisi hesab olunan S.M.Lipsetin fikirlərinə görə, bir ölkədə demokratik siyasi sistemin təşəkkül tapması zənginlik, industriallaşma, urbanizasiya və təhsilin səviyyəsi ilə düzmütənasibdir. Azərbaycanda qısa müddət ərzində demokratik inkişafın iqtisadi, hüquqi və doktrinal əsasları qoyulmuş və ölkəmiz bu sahədə ciddi uğurlar əldə etmişdir. Demokratik, hüquqi dövlət quruculuğu Azərbaycanın XXI əsrdə tutduğu dönməz yoldur. Əlbəttə ki, dövlətin iqtisadi dayaqları güclü olmasa, onun siyasi yüklü islahatlar aparması qeyri-mümkündür, iqtisadi dayaqları güclü olmayan ölkədə dövlətçilik ciddi təhdid altına düşə bilər.
Bunu postsovet dövlətlərinin timsalında da aydın şəkildə görmüşük. Bu ölkələr vaxtında iqtisadi müstəqilliklərini təmin edə bilmədikləri üçün bu gün forpost dövlətə çevriliblər. Müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycan isə özünün sürətli inkişafı, sahib olduğu zəngin təbii resursları və əlverişli geopolitik mövqeyi ilə regional miqyasda və beynəlxalq müstəvidə diqqəti cəlb edən dövlətə çevrilib. Respublikamızda müdrik siyasət nəticəsində demokratiya anarxiyaya çevrilməmiş, vətəndaş özünüdərki, iqtisadi inkişaf kimi demokratiyanı dayanıqlı edən amillərlə paralel getmiş və onlara əsaslanır.
Demokratiyanın dayanıqlığını, uzunmüddətli olmasını təmin edən amillərdən digəri vətəndaş özünüdərkidir. Öz milli kimliyini, tarixini, millətinin məqsəd və məramını, tarixi missiyasını, digər millətlər içində yerini, qısa şəkildə desək, haradan gəlib hara getdiyini bilməyən vətəndaş müxtəlif ideoloji təsirlər qarşısında duruş gətirməyərək milli demokratik, dünyəvi dövlət quruculuğu ənənəsini yaşada bilməz. Akademik Ramiz Mehdiyev tərəfindən doktrinal əsaslandırılması hazırlanmış azərbaycançılıq ideologiyası bu sahədəki boşluğu doldurur. Bu ideologiya artıq dünyada yaşayan hər bir azərbaycanlının milli orientiri, istinad nöqtəsi və fəaliyyət proqramı kimi çıxış edən əvəzsiz sərvətimizdir…”.
Prorektor həmçinin qeyd edib ki, bu, bir həqiqətdir ki, investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə çevrilən Azərbaycan son 15 ildə öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanaraq dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Azərbaycan özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayıb, Avropanın əsas neft-qaz ixracatçısına çevrilib:
"Azərbaycanda son bir neçə ayda baş verən 5 mühüm hadisə – "Yeni əsrin müqaviləsi”, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı, 2 milyard ton neft hasilatı, Cənub Qaz Dəhlizi və TANAP-ın açılışı tarixilik və geosiyasi kontekstdə nə qədər əhəmiyyətlidirsə, digər yönümlərdə Avropanın enerji təhlükəsizliyinin təminatıçısı, Avrasiyanın ən effektiv nəqliyyat-logistika məkanına çevrilməsi imkanı baxımından daha əlamətdardır. Elə buna görə də Azərbaycan dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən dövlət kimi səciyyələndirilir…”.
M. Abdullayev eyni zamanda bildirib ki, bu gün kosmik klubun məhdud sayda üzvlərindən biri olan Azərbaycan iqtisadiyyat, enerji-nəqliyyat, mədəniyyət, din, elm, təhsil və təhlükəsizliyə aid çox mötəbər beynəlxalq layihələrin aparıcı qüvvəsi kimi böyük İpək yolu üzərində Şərqlə Qərb, Şimalla Cənub, Avropa ilə Asiya, islam aləmi ilə xristian dünyası arasında siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələrdə beynəlxalq əhəmiyyətli körpüdür:
"Prezident İlham Əliyevin yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Cənab İlham Əliyevin söylədiyi kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb və 15 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə yoxdur.
Azərbaycan Prezidentinin yeni iqtisadi islahatlarının uğurlu gedişini şərtləndirən əsas səbəb onların təməl prinsiplərinin düzgün müəyyənləşdirilərək hazırlanması və qlobal çağırışlardan lokal gerçəkliyədək bütün tələb-şərtlərə uyğunlaşdırılmasıdır. Həmçinin sosial-iqtisadi islahatların hüquqi-siyasi təkmilləşmə ilə bir-birini tamamlaması bu prosesin böyük risklərdən, arzuolunmaz nəticələrdən sığortalanmasını effektiv təmin edib. Milli iqtisadiyyatının əsas inkişaf istiqamətlərini və iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib. Əlbəttə ki, Azərbaycanın hər bir iqtisadi uğuru ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, Ermənistanın işğal siyasətinin iflasını yaxınlaşdırır.
Yəni bütün bu layihələr iki məqsəd güdür: əhalinin firavanlığı, Ermənistana təzyiq və bununla onu işğaldan geri çəkilməyə məcbur etmək. Bu, cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətin ana xəttidir. Əminliklə söyləmək olar ki, həyata keçirdiyi müstəqil, uzaqgörən siyasəti ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyev bu missiyanı da uğurla gerçəkləşdirəcək və adını müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazdıracaq…”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
22-01-2026, 12:39
ABŞ hərbi gəmiləri Yaxın Şərq və Avropaya doğru istiqamətlənib

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər