23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Rusiya qırıcılarını Belarusda səmaya qaldırıb, Ukraynada hava həyəcanı siqnalı verilib
Tarix: 19-01-2023 14:00 | Bölmə: Siyasət
Rusiya qırıcılarını Belarusda səmaya qaldırıb, Ukraynada hava həyəcanı siqnalı verilib

Yanvarın 19-da səhər saatlarında Rusiyanın “MiQ-31K” qırıcıları Belarus ərazisindən səmaya qaldırılıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, “Kinjal” hipersəs raketlərinin daşıyıcısı olan iki “MiQ-31K” qırıcısının Maçulişçi aerodromundan səmaya qalxması “A-50U” erkən xəbərdarlıq təyyarəsi (AWACS) vasitəsi ilə qeydə alınıb.

Digər məlumatlarada isə daha iki “Su-30” qırıcısının səmaya qaldırıldığı bildirilib.

Məlumata görə, səhər saatlarından etibarən Belarusda hava aktivliyində artım qeydə alınıb. Belarus Respublikasının Müdafiə Nazirliyi isə Belarus Respublikası Silahlı Qüvvələri və Silahlı Qüvvələrinin birgə taktiki-uçuş təliminin 2-ci mərhələsinin başlandığını elan edib.

Bu arada Belarus Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Federasiyası ilə birgə taktiki-uçuş təliminin 2-ci mərhələsinə əlavə olaraq, yanvarın 19-da 6-cı ayrı-ayrı mexanikləşdirilmiş briqadanın artilleriya bölmələri tapşırıqları yerinə yetirməyə nəzərdə tutur.

Ukraynanın bütün bölgələrində hava həyəcanı siqnalı verilib.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}