Avropa Məhkəməsi Vüqar Səfərliyə görə Azərbaycanı cərimələyib
Tarix: 19-01-2023 14:19 | Bölmə: Siyasət
Avropa Məhkəməsi Vüqar Səfərliyə görə Azərbaycanı cərimələyib

Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycana qarşı daha 4 iş üzrə qərar verib.

Reyting.az
Mia.az-a istinadla xəbər verir ki, qərarlardan üçü jurnalistlər - Əvəz Zeynallı, Qənimət Zahid və Yaşar Ağazadə ilə bağlıdır.

4-cü qərar isə iqtisadçı Azər Mehdiyevlə bağlıdır. Son iki qərarda şikayətlər təmin olunmayıb.

Əvəz Zeynallı və Qənimət Zahidlə bağlı isə təzminat qərarları verilib.

Qərara görə, "Xural" qəzeti 2010-cu ildə hazırda həbsdə olan KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli barədə gedən məqalələrə görə 5 min manat cərimələnib. Qəzeti baş redaktoru Əvəz Zeynalı buna etiraz edib. Məhkəmə şikayətdə ifadə azadlığı ilə bağlı məqamların pozulması qənaətini bölüşərək, Əvəz Zeynallıya 1000 avro təzminat ödənilməsinə qərar verib.  

Qənimət Zahidov isə “Azadlıq” qəzetinin redaktoru olarkən “Azərbaycan” nəşriyyatının qarşısında Sevgiladə adlı qadınla qalmaqala görə barəsində çıxarılmış 4 il həbs cəzası barədə şikayət verib. 

Avropa Məhkəməsi hesab edib ki, bu işdə də pozuntular var və buna görə ərizəçiyə 6 min avro təzminat ödənilməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}