Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən deputatın mandatı alınıb
Tarix: 20-01-2023 10:13 | Bölmə: Siyasət
Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən deputatın mandatı alınıb

Qazaxıstan parlamentinin üzvü Kremlin Ukraynada apardığı xüsusi hərbi əməliyyatlara tərəfdar çıxdığına görə mandatdan məhrum edilib.

Reyting.az
yerli media portallarına istinadla xəbər verir ki, Qazaxıstan Milli Məclisinin deputatı Azamat Abildayev Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyatların lehinə çıxış etdiyinə görə mandatından olub.

Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saytında rəsmi məlumat yerləşdirilib.

Bundan başqa, “dövlətin mövqeyi ilə üst-üstə düşməyən siyasi çıxışına görə” A. Аbildayev üzvü olduğu “Ağ yol” Demokratik Partiyasının sıralarında da xaric edilib.

Rəsmi məlumatda o da bildirilir ki, belə bir qərar Qazaxıstan Respublikası Konstitusiyasının 52-ci maddəsinə uyğun olaraq qəbul edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər