Müdafiə nazirləri Ukrayna ilə bağlı razılığa gələ bilməyiblər
Tarix: 20-01-2023 22:15 | Bölmə: Siyasət
Müdafiə nazirləri Ukrayna ilə bağlı razılığa gələ bilməyiblər

Bu gün Almaniyanın Ramştayn şəhərində 50-yə yaxın ölkənin müdafiə nazirlərinin iştirak etdiyi Ukrayna üzrə Müdafiə və Təhlükəsizlik Məsləhət Qrupunun toplantısı keçirilib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, iclasda Ukraynaya “Leopard” tanklarının tədarükü ilə bağlı qərar qəbul edilməyib.

Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, Qərb müttəfiqləri Ukraynaya hərbi dəstəyi artırmağa razı olsalar da, Almaniya “Leopard 2” tanklarının tədarükünə şübhə ilə yanaşıb.

Almaniyalı nazir bildirib ki, “Leopard 2” ilə bağlı qərarın nə vaxt veriləcəyini və bu qərarın necə olacağını hələ deyə bilmərik.

Pistorius qeyd edib ki, Almaniya Ukraynaya tank tədarükündən imtina edən yeganə ölkə deyil.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin də mətbuat konfrasında ABŞ istehsalı olan “M1 Abrams” tanklarının Ukraynaya verilməsinə dair razılıq əldə olunmadığını bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər