07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşüb
Tarix: 24-01-2023 17:38 | Bölmə: Siyasət
Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib. 

Reyting.az
xəbər verir ki, görüş zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

C.Bayramov görüş zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin 2023-cü il sədrliyi çərçivəsində prioritetlər və planlar barədə Prezident Şavkat Mirziyoyevə məlumat verib, Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlığını bildirib.
 
Görüş zamanı, həmçinin gündəlikdə duran ikitərəfli məsələlər və regional vəziyyət müzakirə edilib.

Daha sonra xarici işlər naziri C.Bayramov Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov ilə görüşüb. Tərəflər arasında, ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}