16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Şuşadakı aksiya 45 gündür davam edir - Foto
Tarix: 25-01-2023 08:50 | Bölmə: Siyasət
Şuşadakı aksiya 45 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq aksiya səhərə qədər davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ekofəallar aksiyanın 45-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}