Ekofəalların Şuşadakı aksiyası 46-cı gündür davam edir - Fotolar
Tarix: 26-01-2023 08:43 | Bölmə: Siyasət
Ekofəalların Şuşadakı aksiyası 46-cı gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq aksiya bütün gecə boyu səhərə qədər davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 46-cı günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}