Laçın-Xankəndi yolundan rusların 43 avtomobili keçib - Fotolar
Tarix: 26-01-2023 17:39 | Bölmə: Siyasət
Laçın-Xankəndi yolundan rusların 43 avtomobili keçib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-yə məxsus 2 maşın Laçından Xankəndiyə, 2 maşın isə Xankəndidən Laçın istiqamətinə hərəkət edib. Səhər saatlarından indiyədək Laçın istiqamətindən RSK-nın 21, Xankəndi istiqamətindən isə 22 maşını aksiya keçirilən ərazidən maneəsiz keçib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}