Lavrov: “Qərb Afrikada müstəmləkəçiliyini bərpa etmək istəyir…”
Tarix: 27-01-2023 08:57 | Bölmə: Siyasət
Lavrov: “Qərb Afrikada müstəmləkəçiliyini bərpa etmək istəyir…”

Rusiyanın xarici işlər naziri Birləşmiş Ştatları və Avropanı Afrikada kolonial asılılığın bərpasına çalışmaqda ittiham edib.

Reyting.az
“lenta.ru”-ya istinadla xəbər verir ki, Rusiya XİN-nin başçısı Sergey Lavrov ABŞ-ın və Avropanın Afrika ölkələrinə təzyiq göstərdiklərini bilirib:

“Son vaxtlar Qərbin rəsmi nümayəndə heyətləri müntəzəm şəkildə Afrika ölkələrinə səfərlər edir və onları Rusiya ilə əməkdaşlıqdan əl çəkməyə çağırırlar. Onlar afrikalılardan “ümumi qaydalardan kənara çıxmamağı” tələb edəndə, burada müstəmləkə asılılığının artıq yeni formada bərpasını nəzərdə tuturlar”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}