Tehranın polis rəisi səfirliyə silahlı hücum barədə açıqlama verib
Tarix: 27-01-2023 11:45 | Bölmə: Siyasət
Tehranın polis rəisi səfirliyə silahlı hücum barədə açıqlama verib

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə daxil olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

“Mehr” agentliyi xəbər verir ki, Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib.

Polis rəisinin sözlərinə görə, polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və istintaq aparılır.

Sərdar Hüseyn Rəhimi bildirib ki, hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Rəis əlavə edib ki, təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemlərindən qaynaqlandığını deyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}