Azərbaycan səfirliyində törədilən terrorun arxasında İran xüsusi xidmət orqanları dayanır
Tarix: 27-01-2023 12:20 | Bölmə: Siyasət
Azərbaycan səfirliyində törədilən terrorun arxasında İran xüsusi xidmət orqanları dayanır

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının arxasında İran xüsusi xidmət orqanları dayanır.

Reyting.az
xəbər verir ki, bu barədə “Caliber” etibarlı mənbələrə istinadla bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}