07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Türkiyə XİN-dən səfirliyimizə olan terror hücumuna reaksiya: "Azərbaycan tək deyil"
Tarix: 27-01-2023 12:24 | Bölmə: Siyasət
Türkiyə XİN-dən səfirliyimizə olan terror hücumuna reaksiya: "Azərbaycan tək deyil"

İrandakı səfirliyimizə qarşı törədilən terrorla bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Reyting.az
xəbər verir ki, bəyanatda hadisə kskin pislənib:

"Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Əvvəllər oxşar hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını anlayır və bölüşürük. Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, indi də davam edəcək”.

Xatırladaq ki, XİN başçısı Çavuşoğlu bu gün azərbaycanlı həmkarı Bayramova hadisədən dərhal sonra zəng edib, şəhid mühafizəçiyə görə başsağlığı verib.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}