14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Deputat: “Səfirliyimizə silahlı hücum İranın ölkəmizə qarşı yeni təhdididir”
Tarix: 27-01-2023 13:13 | Bölmə: Siyasət
Deputat: “Səfirliyimizə silahlı hücum İranın ölkəmizə qarşı yeni təhdididir”

“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum terror hadisəsi olmaqla yanaşı İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

V. Bayramov qeyd edib ki, adı terroru maliyyələşdirən ölkələr siyahısında olan İranda baş verən hadisə Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması anlamına gəlir. “Son illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən İranda baş verən bu hadisə bir daha təsdiq edir ki, Tehran bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı təhdidi gücləndirməyə çalışır. Azərbaycan istər cənubdan, istərsə də digər istiqamətlərdən gələcək təhdidlərə cavab vermək gücündədir. Bütün bunlar ilə yanaşı, bir müddət öncə Yerevan ilə qardaşlaşan Tehran şəhərində son hadisə “qırmızı xətti”in keçildiyini bir daha təsdiq edir. Allahdan dünyasını dəyişən həmyerlimizə rəhmət, yaralanan səfirlik əməkdaşlarına şəfa diləyirik”, - V. Bayramov bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}