Səfir İran rejiminə səsləndi: "Terror aktını törədənlərin tam cəzalandırılmasını tələb edirik"
Tarix: 27-01-2023 15:27 | Bölmə: Siyasət
Səfir İran rejiminə səsləndi: "Terror aktını törədənlərin tam cəzalandırılmasını tələb edirik"

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə səfirliyə olunan teror hücumu ilə bağlı açıqlama yayıb.

Reyting.az
xəbər verir ki, səfir paylaşımında yazıb:

"Səfirliyimizə edilmiş silahlı hücüm nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaşımız yaralanıb. Orxan Əsgərovun ailə üzvlərinə və əzizlərinə öz adımdan və səfirliyin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”.

E.ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}