ABŞ rəsmisi Avropaya çəkilən qaz kəmərinə qarşı çıxır
Tarix: 24-08-2018 19:46 | Bölmə: Siyasət
ABŞ rəsmisi Avropaya çəkilən qaz kəmərinə qarşı çıxır

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin əhəmiyyətindən danışıb.

Kiyevdə brifinqdə danışan C. Bolton deyib ki, Avropa "Şimali axın-2" qaz kəməri ilə özünü Rusiya enerji daşıyıcılarının idxalından daha da asılı edir və bunu "könüllü olaraq edir".

O, həmçinin "Şimal axın-2" layihəsinin tamamlanması ilə Ukraynanın "riskli zonaya" düşəcəyini vurğulayıb. Müşavir qeyd edib ki, bu mənada Ukrayna və Avropa üçün alternativ çıxış əlavə mənbələrin axtarışı ola bilər.

Bu müstəvidə C. Bolton Trans Adriatik Boru Kəmərindən danışıb və bildirib ki, bu layihə Azərbaycandan mavi yanacağın İtaliyaya çatdırılmasını təmin etməkdə kömək edəcək.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər