Rusiya G20-dən çıxarılsa, nə baş verər?
Tarix: 03-03-2023 11:59 | Bölmə: Siyasət
Rusiya G20-dən çıxarılsa, nə baş verər?

Avropa diplomatiyasının başçısı hesab edir ki, Rusiyanın “Böyük iyirmilik”dən (G20) kənarlaşdırılması çoxtərəfli münasibətlər prinsipinə ziddir.

Reyting.az
Qərbin elektron media resurslarına istinadla xəbər verir ki, belə bir bəyanatla Avropa İttifaqının (Aİ) xarici siyasətini yürüdən Jozep Borrel çıxış edib.

“Siz çoxtərəfli əməkdaşlığı genişləndirməyə çalışmağınız barədə danışa bilməzsiniz, çünki ardınca Rusiyanın G20-nin tərkibindən çıxarılmasını tələb edirsiniz. Məgər bu, biri ilə daban-dabana zidd məsələlər deyil?”,- deyən Borrel dünyanın cari problemlərini Moskvasız həll etməyin məntiqsiz olduğunu vurğulayıb.

Aİ-nin diplomatı, eyni zamanda, başqalarının, hətta əks mövqeli tərəfin də fikirlərini dinləməyin zəruriliyini qeyd edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}