14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ceyhun Bayramov Əhməd Avad Binmubarak ilə görüşüb
Tarix: 03-03-2023 15:58 | Bölmə: Siyasət
Ceyhun Bayramov Əhməd Avad Binmubarak ilə görüşüb

Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində Bakıda səfərdə olan Yəmən xarici işlər naziri Əhməd Avad Binmubarak ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət, humanitar, təhsil və digər sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazirlər həmçinin beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, habelə QH çərçivəsində əməkdaşlıq məsələri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğal dövrü barədə ətraflı məlumat verib. Ölkəmizə qarşı Ermənistanın davam edən mina təhdidi diqqətə çatdırılıb.

Yəmən xarici işlər naziri Əhməd Avad Binmubarak ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti, o cümlədən Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün yüksək səviyədə təşkilinə görə təşəkkürünü ifadə edib. O, Yəmənin Azərbaycanla əməkdaşlığın möhkəmlənməsi və həmrəylik ruhunun dərinləşməsində maraqlı olduğunu ifadə edib.

Görüşdə həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}