"6-lı Masa"dan ayrılmadıq" - İYİ Partiyadan ard-arda açıqlamalar
Tarix: 03-03-2023 22:23 | Bölmə: Siyasət
"6-lı Masa"dan ayrılmadıq" - İYİ Partiyadan ard-arda açıqlamalar

İYİ Partiya lideri Meral Akşenerin Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyinə qarşı çıxması siyasi gündəmdə ""6-lı Masa dağıldı" xəbərlərinin kütləviləşməsinə rəvac versə də, İYİ Partiya yetkliləri belə düşünmür.

Reyting.az
xəbər verir ki, az əvvəl jurnalistlərə açıqlama verən İYİ Partiyanın İstanbuldan olan deputatı Yavuz Ağıralioğlu "6-lı Masa"dan ayrılmaları barədə xəbəri təkzib edib.

Onun sözlərinə görə, partiyalarının blokdakı 5 partiyadan fərqli düşünməsi və bunu bəyan etməsi o demək deyil ki, İYİ Partiya "6-lı Masa"nı tərk edib:

"5 partiya Kamal Kılıçdaroğlu deyir, biz altıncı paydaş olaraq Mansur Yavaş və Əkrəm İmamoğlu deyirik. Bldiririk ki, millətin qazanması bunlardan keçir. Biz bunu qəbul etməyən qarşı tərəfin fikirlərini dinləyəcəyik. Yəni, biz "Masa"dan qalxmadıq, biz namizəd təklifimizi vermişik".

İYİ Partiya sədrinin siyasi məsələr üzrə müavini Koray Aydın isə "İYİ Partiya masadan çəkildimi?" sualına belə cavab verib:

"Masa"dan qalxma kimi bir durum yoxdur. Sədrimiz Akşener də zatən bu yöndə açıqlama verib. Daha artıq nəsə deməyə ehtiyac yoxdur"

İYİ Partiyanın seçki üzrə məsul şöbəsinin rəhbəri Sunat da yayılan xəbəri təkzib edib: "Masa"dan biz qalxmadıq. Siz də dinlədiniz Maral xanımı..."

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}