Azərbaycan, Türkiyə və Gürcüstanın deputatları Tbilisidə görüşəcək
Tarix: 04-03-2023 11:18 | Bölmə: Siyasət
Azərbaycan, Türkiyə və Gürcüstanın deputatları Tbilisidə görüşəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaqlar.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Məlumata görə, görüşdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində deputatların Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində də bir sıra görüşləri nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}