Prezidentliyə keçmiş namizədə 15 il həbs cəzası verilib
Tarix: 06-03-2023 20:23 | Bölmə: Siyasət
Prezidentliyə keçmiş namizədə 15 il həbs cəzası verilib
S. Tixanovskaya

Minsk Şəhər Məhkəməsi Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanı qiyabi olaraq ittiham edildiyi bütün cinayətlərdə təqsirli bilib və ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası elan edib. Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, hazırda ölkəsindən kənardan yaşayan S. Tixanovskaya barəsində məhkəmə hökmü Bazar ertəsi verilib.

Tixanovskaya dövlətə xəyanətdə, dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsddə, ekstremist birləşmənin yaradılmasında və hakimiyyəti ələ keçirməyə ictimai çağırışlarda təqsirli bilinib.

Qeyd edək ki, Tixanovskaya ilə bağlı işdə iştirak edən Belarus müxalifətinin Koordinasiya Şurasının nümayəndələri barəsində də hökm verilib: Pavel Latuşko - 18 il müddətinə gücləndirilmiş rejimli koloniyada, Olqa Kovalkova, Mariya Moroz və Sergey Dylevski - 12 il ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməli olacaqlar.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}