14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Kütləvi etirazlar Parisi iflic edib
Tarix: 07-03-2023 09:54 | Bölmə: Siyasət
Kütləvi etirazlar Parisi iflic edib

Fransada vətəndaşların pensiya islahatına qarşı kütləvi tətili başlayıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Fransda hökumətinin pensiya qanununa təklif etdiyi düzəliş pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Buna etiraz edən vətəndaşlar pensiya islahatına qarşı tətillərə başlayıblar.

Aksiya iştirakçılarının məqsədi hökuməti pensiya yaşını artırmaqdan vaz keçməyə məcbur etməkdir.

Fransanın “Əməyin ümumbirlik konfederasiyası”, “Fəhlələrin Fransa demokratik konfederasiyası” kimi nəhəng həmkarlar təşkilatları tətillərin maksimum miqyas alması üçün çağırışlar ediblər.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}