İlqar Məmmədov: “Partiyamızın qeydiyyatı ləğv ediləcək”
Tarix: 07-03-2023 10:37 | Bölmə: Siyasət
İlqar Məmmədov: “Partiyamızın qeydiyyatı ləğv ediləcək”

“Yaxın aylarda 5 min üzvdən ibarət siyahını yeni qanunun tələbinə uyğun olaraq hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək”.

Reyting.az
xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov bildirib.

İ. Məmmədov əlavə edib ki, ölkə daha 30 il bu hökumətin və onunla doğmalaşmış “əsl müxalifət”in əlində qalacaq:

“Düzdür, hökumət bütün dünyaya izah etməli olacaq ki, niyə basqı havasını aradan qaldırmadan yeni qanun qəbul edib, ölkənin məhz ən konstruktiv, əməkdaşlığa hazır, irəliyə baxan siyasi partiyasını “vurdu”. Amma bu söhbətin faydası artıq olmayacaq”.

Məmmədov bildirib ki, əgər partiya ləğv ediləcəksə, onlar fəaliyyətlərini dayandırmayacaqlar: “Əlbəttə, ictimai həyatdan gedəsi deyilik. Sadəcə, daha bizə səs verə bilməyəcəksiniz. Ölkə çox önəmli perspektivləri ilə vidalaşacaq.

Bunun qarşısını almağın yolunu bilirsiniz. Özünüz də üzv kimi qeydiyyatdan keçin, yaxın bildiyiniz adamların hər birini də cəlb edin. Bunun üçün saytımız var”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}