Latviya prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
Tarix: 07-03-2023 11:31 | Bölmə: Siyasət
Latviya prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Latviya prezidenti Eqils Levitsin Azərbaycana səfər proqramı açıqlanıb.

Latviya prezidentinin mətbuat xidmətinin məlumatın görə, Eqils Levits martın 8-9-da Azərbaycanda rəsmi səfərdə olacaq.

O, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və X Bakı Qlobal Forumunun açılışında iştirak edəcək.

Qeyd olunub ki, həmçinin Latviya prezidenti ADA Universitetini ziyarət edəcək, iş adamları ilə görüşlər keçirəcək, İ. Kruminas və R. Deqatinin sərgilərinə baş çəkəcək.

Həmçinin E.Levits Yazep Medınışa həsr olunmuş xatirə lövhəsinin açılışında iştirak edəcək.

“30 ildir ki, Latviya və Azərbaycan arasında sıx ikitərəfli münasibətlər var. Azərbaycan prezidentinin və Qlobal Bakı Forumunun təşkilatçılarının dəvəti ilə baş tutacaq səfər iki ölkəyə regional təhlükəsizliyə dair cari çağırışları, həmçinin bərpa olunan enerji sahəsində ümumi tərəqqi nəzərə alınmaqla enerji sektorunda əməkdaşlığı müzakirə etmək imkanı verəcək”, - məlumatda qeyd edilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}