09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
09:14 / 02-02-2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
09:09 / 02-02-2026
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
09:03 / 02-02-2026
Tramp: Kanada 51-ci, Qrenlandiya 52-ci ştatımız olacaq
01:09 / 02-02-2026
Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
00:59 / 02-02-2026
Zelenski danışıqlarla bağlı yeni detalları açıqlayıb
00:51 / 02-02-2026
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
00:45 / 02-02-2026
Lavrov: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
00:33 / 02-02-2026
Parisdə yəhudi məktəbinə hücum olub
00:22 / 02-02-2026
Bu gün Azərbaycanda Gənclər Günüdür
00:20 / 02-02-2026
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
00:10 / 02-02-2026
Ukrayna üçün böyük hərbi yardım paketi hazırlanır
00:07 / 02-02-2026
Rusiya ilə Çin təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər
00:05 / 02-02-2026
Baş Qərargah rəisi ABŞ-da gizli məsləhətləşmələr aparıb
20:40 / 01-02-2026
"Qarabağ" "Turan Tovuz"u məğlub edib
18:09 / 01-02-2026
Göygöldə 33 yaşlı şəxs bıçaqlanıb
16:52 / 01-02-2026
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
12:21 / 01-02-2026
Bölgələrə qar yağacaq, güclü külək əsəcək - Proqnoz
12:15 / 01-02-2026
İran parlamenti Aİ ölkələrinin silahlı qüvvələrini terrorçu qruplaşmalar kimi tanıyıb
10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
09:11 / 01-02-2026
Premyer Liqa: bu gün dörd komandamız qarşılaşacaq
08:39 / 01-02-2026
Tramp: Tehran ABŞ ilə ciddi danışıqlar aparır
21:10 / 31-01-2026
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
20:59 / 31-01-2026
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu başlayır
18:02 / 31-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:06 / 31-01-2026
“WhatsApp” şəxsi məlumatları icazəsiz paylaşır? - İddia
13:27 / 31-01-2026
Taksilərlə bağlı yeni qərar narazılıq yaradıb
12:55 / 31-01-2026
Rəsmi Tehran: "İran istənilən vəziyyətə hazırdır"
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Prezident antiterror əməliyyatının anonsunu verib
Tarix: 09-03-2023 18:03 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Forum martın 11-dək davam edəcək.
Forumda ümumilikdə 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Bakı Forumu artıq qlobal müzakirə platformasına çevrilib. Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır.
X Qlobal Bakı Forumunun açılışının ən diqqətçəkən məqamı şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı oldu. Çıxış zamanı bir çox məsələyə toxunan dövlət başçısı ənənəsinə sadiq qalaraq özünəməxsus üslubda siyasi mesajlar da verib.
Qarabağ erməniləri ilə bağlı açıqlama
Prezident çıxışı zamanı qeyd edib ki, Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları konstitusiyamız tərəfindən qorunur.
Ölkə başçısı bu sözləri ilə iki məsələyə diqqət çəkir:
Birincisi, Ermənistandan fərqli olaraq Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Bu, iki ölkənin etnik azlıqlara verdiyi qiymətin, dəyərin əyani göstəricisidir.
Ötən əsrin 80-ci illərinə qədər Ermənistanda 500 minə qədər azərbaycanlı olduğu halda bu gün bir nəfər azərbaycanlı yoxdur. Azərbaycanda isə etniklər çoxdur və onların arasında ermənilər də var.
İkincisi, prezident “Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur”,- deyərək hər vəchlə Ermənistanın və onun havadarlarının səsləndirdiyi status iddialarını bloklamış oldu. Yəni Qarabağ erməniləri də Azərbaycanda yaşayan digər etnik azlıqlarla eyni hüquq və azadlıqlara məxsusdur və onların ən böyük qarantı Azərbaycan Konstitusiyasıdır.
Antiterror əməliyyatının anonsu
Prezidentin çıxışında diqqətçəkən digər məsələ onun “İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər”,- sözləridir.
Rəsmi Bakı ilə İrəvan arasında hazırda diplomatik trafik yaşanır. Azərbaycan tərəfi 5 baza prinsipini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistan tərəfi isə öz təkliflərini Azərbaycana çatdırıb. İrəvanın Bakının təkliflərinə təkliflərlə cavab verməsi prinsip etibarilə prosesi uzatmaq cəhdindən başqa bir şey deyil. Bunu Azərbaycan prezidentinin “Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”,- sözləri də təsdiq edir.
Ölkə başçısı açıq şəkildə Ermənistanı və onun havadarlarını xəbərdar edir ki, rəsmi İrəvan prosesi uzadacağı təqdirdə Bakı hərbi yola da əl ata bilər.
Prezidentin “Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik”,- sözləri isə Bakının antiterror əməliyyatlarına hazır olduğunu göstərir.
Rəsmi Bakı ciddiyyətini göstərmək üçün Fərrux əməliyyatlarına bənzəri bir antiterror əməliyyatına başlaya bilər.
Tehranın iddialarına cavab
Prezidentin çıxışında toxunduğu bir məqam isə Nizami Gəncəvi ilə bağlıdır. Ölkə başçısı bildirib ki, Nizami Gəncəvi doğma Gəncə şəhərində dünyaya gəlib, orada yazıb-yaradıb və orada da dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür.
Prezidentin bu məsələyə reaksiya verməsi prinsip etibarilə bir müddət öncə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Nizami Gəncəvi ilə bağlı fikirlərinə cavab xarakteri daşıyır.
Nizami Gəncəvinin yalnız farsca əsərlərinin dövrümüzə gəlib çatması onu fars əsilli şair etmir. Müqayisə üçün qeyd edim ki, orta əsr Avropa ədəbiyyatında da fransız dili daha çox hakim idi. Lakin bu alman, ya da ispan bir şairi, yazarı fransız etmir. Yaxın Şərqin orta əsr ədəbiyyat dili də fars dili olduğu üçün Nizaminin bu dildə əsər yazması təbiidir.
Prezident çıxışında həm də onu qeyd edib ki, “Bizim qonşularımız azad olunmuş ərazilərimizdə urbisid, kultursid və ekosid həyata keçiriblər. Azərbaycan xalqının mənəvi hüququ var ki, qisas alsın”.
Əslində prezidentin bu sözləri həm Ermənistana, həm də İrana mesajdır. Faktiki olaraq Ermənistan işğal dövründə Azərbaycanın alban kilsələrini erməni Qriqoryan kilsəsi kimi, İran isə məscid və ibadətxanaları fars memarlığı kimi təbliğ edib. “Bizim qonşularımız”,- deyərkən ölkə başçısı həm Ermənistanı, həm də İranı hədəfə alır.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
22-01-2026, 12:39
ABŞ hərbi gəmiləri Yaxın Şərq və Avropaya doğru istiqamətlənib
21-01-2026, 22:26
Avropa Birliyi ABŞ ilə ticarət müqaviləsini dayandırır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər