Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 20-04-2016 11:07 | Bölmə: Siyasət

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin bir-birinin ardınca həm Türkiyə, həm də Azərbaycan haqqında dediyi təhdidlər qıcıq doğurmaqdadır. Hər zaman qeyri-ciddi bəyanatları ilə gündəmə gələn Jirinovski bu dəfə Ermənistan və Azərbaycanın Rusiyaya birləşdirilməli olduğunu deyib.
Başqa bir müsahibəsində isə Azərbaycan və Türkiyənin ittifaq yaratmasının təhlükəli olduğunu qeyd edib, yenidən Türkiyənin "parçalanma ssenarisi"ndən söz açıb: "Türkiyənin şimal-şərq əyalətlərini türklərdən alıb, ermənilərə vermək lazımdır, Ermənistan bu ərazilərlə birləşməlidir”.
Mətbuatda, sosial şəbəkələrdə Jrinovskinin bu açıqlamaları sərsəmləmə kimi qeyd olunsa da, bəzi ekspertlər onun bütün açıqlamalarının əslində birbaşa Kremlin sifarişi olduğunu, bu bəyanatların arxasında Rusiyanın gələcək planlarının anonsunun dayandığını bildirirlər.
Xatırladaq ki, iki il öncə Jirinovski sərsəmləmə bəyanatlarla çıxış etdiyi üçün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev onun qulağını kəsəcəyini demişdi. Partiya sədrinin bu təhdidi dünya mətbuatında gündəmə çevrilmişdi. Rusiya, Türkiyə, Ermənistan və digər ölkələrin mətbuat orqanları H.Hacıyevin bu təhdidini manşetdən vermişdi.
Lakin elə həmin ilin sentyabrında Jirinovski Azərbaycana səfər etdi, Milli Məclisdə görüş keçirdi. Azərbaycanda olarkən fərqli mövqe nümayiş etdirən Jrinovski sonradan öz ampluasına qayıdaraq, Azərbaycan və Türkiyə barəsində xoşagəlməz açıqlamalar verməyə başladı.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə Jirinovskini ağlı özündə olmayan, özünü idarə edən bilməyən adam sayır: "Bilirsiz ki, anasını bizim türklər alıb boşayıb, onda görə də həmin qisası bizdən almaq istəyir. Çox təəssüf ki, bizim 5-ci kalonun bəzi nümayəndələri, Putindən orden, medallar alanlar zamanında onu guya ki, bizim acığımıza Bakıya dəvət etdilər. Hansı ki, mən o ərəfədə demişdim ki, onun qulağını kəsəcəm. Yenə də bizim bu fikrimiz qüvvədə qalır. Bizim acığımıza onu Bakıya dəvət edəndə cəhd etmişdim ki, onunla görüşüm. Lakin məndən ən yüksək dairədən xahiş etdilər ki, buna ehtiyac yoxdur”.
Partiya sədri Jrinovskinin bəyanatlarının Rusiyanın ən yüksək dairələrinin mövqeyi olduğunu bildirib: "Jirinovski SSRİ "KQB”-dən qalma bir adamdır. Onu inkar etmək, elə-belə hesaba qoymaq olmaz. Son günlər aldığım məlumata görə, o, içkiyə qurşanıb. Sadəcə nəzərə almalıyıq ki, onun Türkiyəni, Azərbaycanı təhdid etməsi Rusiyanın ən yüksək dairələrinin mövqeyidir. Bunların hamısı bizim üçün dərs olmalıdır”.
Hafiz Hacıyev Jirinovski ilə görüşmək üçün Moskvaya getmək istədiyini deyib: "Qismət olsa, məni satmasalar, onunla görüşmək üçün Moskvaya getməyi planlaşdırıram. Gedib aydınlaşdırmaq istəyirəm ki, niyə bu adam axşama qədər Türkiyənin, Azərbaycanın ünvanına xoşagəlməz ifadələr işlədir. Jirinovskinin payını verib, Azərbaycanın tarixində qalacam”.(musavat.com)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər