Vaşinqton Türkiyə prezidenti Ərdoğanı ikinci Zelenski ilə əvəzləmək istəyir
Tarix: 07-04-2023 08:42 | Bölmə: Siyasət
Vaşinqton Türkiyə prezidenti Ərdoğanı ikinci Zelenski ilə əvəzləmək istəyir

Ağ ev Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Ərdoğanın Vaşinqtonun nəzarətində olan siyasətçi ilə əvəz edilməsinə çalışacaq. Reyting.az “Haber7”-yə istinadla bildirir ki, türkiyəli politoloq Özgür Bayrak buna əmindir.

Ö. Bayrak qeyd edib ki, Ərdoğanın qələbəsi ABŞ-a qətiyyən lazım deyil. Ona görə də onlar Kiyevdə olduğu kimi Ankarada da öz adamlarını yerləşdirmək niyyətindədirlər.

Ekspert vurğulayıb ki, Amerika hakimiyyəti Rusiyaya qarşı mübarizədə yeni müttəfiq tapmağı planlaşdırır və “Vladimir Zelenski roluna artıq Türkiyə müxalifətindən aktyor seçilib”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}