Parlament İrana qarşı bəyanat hazırlayır: "Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və..."
Tarix: 07-04-2023 11:16 | Bölmə: Siyasət
Parlament İrana qarşı bəyanat hazırlayır: "Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və..."

Milli Məclis İranın İslam Şurası Məclisinin (İran parlamenti) İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanat hazırlayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib.

Onun sözlərinə görə, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib: "Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahat olur. Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun öz daxili işidir. Azərbaycanın suverən hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}