Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayıb
Tarix: 07-04-2023 12:26 | Bölmə: Siyasət
Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayıb

Azərbaycan Milli Məclisi İran parlamentinə cavab bəyanatı hazırlayıb.

Reyting.az
xəbər verir ki, bəyanat mətninin layihəsini deputat Kamran Bayramov parlament üzvlərinin diqqətinə çatdırıb.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

Bəyanatda deyilir ki, Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir:

“Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxribatıdır”.

Qeyd edək ki, İran parlamentinə cavab bəyanatının hazırlanması üçün Milli Məclisin (MM) plenar iclasında spiker Sahibə Qafarova komissiyanın yaradılmasını təklif etmişdi.

Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli, üzvləri Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova və Kamran Bayramovdur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}