Ermənilər İranda ABŞ-a, ABŞ-da isə İrana casusluq edirlər - Deputat
Tarix: 07-04-2023 12:47 | Bölmə: Siyasət
Ermənilər İranda ABŞ-a, ABŞ-da isə İrana casusluq edirlər

“İranla “xüsusi münasibət” quran Ermənistan əvvəllər ABŞ-a qonşu, guya dost ölkənin ərazisinin yoxlanıldığı, müasir elektron avadanlıqlarla doldurulmuş nəhəng səfirlik kompleksi tikməyə icazə verib. Bu kompleksi iki yüz Amerika dəniz piyadaçısı qoruyur. Ermənistanda Amerika təmasları ilə onların İrandakı qeyri-qanuni agentləri arasında görüşlər keçirilir. Ermənilər ikili, bəzən üçlü agent rolunu ustalıqla oynayırlar".

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov əlavə edib ki ermənilər üçlü agent rolunda çox ustadırlar:

"İranda onlar ehtiyatla ABŞ-a işləyirlər, Qərbdə isə tez-tez Tehran rejiminin agentləri kimi çıxış edirlər”.

R. Musabəyovun iddiasına görə, ermənilər həm də öz ərazilərindən İrandan Rusiyaya qeyri-qanuni pilotsuz uçuş aparatlarının, əks istiqamətdə isə Ayətullah rejiminin raket və nüvə proqramı üçün lazım olan konkret avadanlıq və materialların daşınmasına icazə verirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}