Rusiyaya qarşı məxfi sənədlərin yayılması ABŞ-ı çətin vəziyyətlə üzləşdirib
Tarix: 07-04-2023 14:11 | Bölmə: Siyasət
Rusiyaya qarşı məxfi sənədlərin yayılması ABŞ-ı çətin vəziyyətlə üzləşdirib

ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı məxfi sənədlərinin sosial şəbəkələrə sızması ciddi reaksiyalara səbəb olub.

Reyting.az
xəbər verir ki, ABŞ və NATO-nun Rusiyaya qarşı Ukrayna ordusunu gücləndirməyə yönəlmiş gizli planlarının “Twitter” və “Telegram”a sızdırılması ilə bağlı araşdırmalar başlayıb.

“New-York Times” qəzeti yazır ki, ABŞ və Ukrayna arasında aparılan danışıqların yer aldığı məxfi sənədlərdə Ukraynanın gözlənilən əks hücumu, əsgər və silahlarının sayı barədə məlumatlar Rusiya üçün çox faydalıdır.

İlkin sənədlərdə bəzi dəyişikliklər edildiyi və öldürülən rus əsgərlərinin sayının az olduğu bildirilib.

Digər tərəfdən, Ukraynaya silah göndərilməsinin təfərrüatlarının və Ukrayna ordusunun fotoşəkillərinin ictimailəşməsi ABŞ kəşfiyyatı üçün çox ciddi məlumat sızması kimi təqdim olunur.

“The New-York Times” bildirir ki, ABŞ hakimiyyətinin yazıları silmək cəhdləri uğurlu olmayıb.

Pentaqonun sözçüsü Sabrina Sinq deyib ki, sosial şəbəkədəki yazılarla bağlı xəbərlər nəzərdən keçirilir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}